...

Prezident Aparatının şöbə müdiri: "Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı narahatçılığa heç bir əsas yoxdur"

Cəmiyyət Materials 12 Aprel 2007 13:20 (UTC +04:00)
Prezident Aparatının şöbə müdiri: "Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı narahatçılığa heç bir əsas yoxdur"

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/ "Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı narahatçılığa heç bir əsas yoxdur" - Prezident Aparatının İctimai-siyasi şöbə rəhbəri Əli Həsənov belə hesab edir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin Azərbaycandakı mətbuatın vəziyyəti ilə bağlı narahatçılığı barədə dünənki bəyanatını şərh edərkən, Həsənov qeyd edib ki, Azərbaycan hökuməti söz, mətbuat və müstəqil KİV azadlığını müdafiə edir. "Müstəqil mətbuatın inkişafının təminatına dövlət siyasəti səviyyəsində baxılır" - deyə Prezident Aparatının İctimai-siyasi şöbə rəhbəri Həsənəov bildirib. "Etiraf edirik ki, ötən illər Azərbaycanda bəzi KİV nümayəndələri və orqanlarına münasibətdə qeyri-qanuni aktlar həyata keçirilib. Bu aktlar hələ də müəyyən olunmamış ayrı-ayrı şəxs və obyektlər tərəfindən yerinə yetirilib. Bu faktların hər biri üzrə tədqiqatlar aparılır. Artıq cəzalandırılanlar var" - deyə bildirən Həsənov qeyd edib ki, hökumət həmçinin "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində günahkar olanların məhkəməyə cəlb olunması üçün çalışır.

O, qeyd edib ki, hökumət ABŞ səfirliyi ilə birgə işi davam etdirməyə hazırdır. Həsənovun fikrincə, işlər iki istiqamətdə aparılmalıdır: bir tərəfdən tərəflər problemləri müəyyən edib onları aradan qaldırmalıdır. Müstəqil KİV-lərin maliyyə-texniki bazası möhkəmləndirilməlidir, digər tərəfdən Azərbaycan jurnalistlərinin peşəkarlıq səviyyəsini artırmaq və jurnalistlərin qanun çərçivəsində təcrübəsini möhkəmləndirmək lazımdır.

O, əlavə edib ki, prezidentin icra aparatı hazırda Mətbuat Şurasının Azərbaycanda KİV-lərin vəziyyətinin yaxşılaşdırılması üzrə təkliflərini nəzərdən keçirir. Həsənov bəyan edib ki, ölkədə baş verən proseslərin heç bir siyasi təsir olmadan işıqlandırılması, Azərbaycanda mətbuatın həm maliyyə, həm də əxlaq nöqteyi-nəzərdən müstəqil olması üçün bütün mümkün dəstək veriləcək.

Azərbaycanda jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan deffomasiya haqqında qanunun qəbuluna gəlincə, Həsənov qeyd edib ki, Azərbaycan jurnaistikası hələ buna hazır deyil. O bildirib ki, Beynəlxalq təşkilatların qanunun mümkün qədər tez qəbul olunmasına təkid etmələrinə baxmayaraq, Azərbaycan tərəfi hesab edir ki, bunun üçün ilk növbədə jurnalistlərin məsuliyyət, peşəkar səviyyəsini artırmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti