...

Ombudsman Aparatının nümayəndələri polis idarələrinə baxış keçiriblər

Cəmiyyət Materials 13 Aprel 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ombudsman Aparatının əməkdaşları 10 saylı cəzaçəkmə müəssisəsində, 3 saylı istintaq təcridxanasında, Əzizbəyov Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında, həmin idarənin 1, 2, 3-cü, Nizami RPİ-nin 23-cü, Suraxanı RPİ-nin 30-cu polis bölmələrinin saxlanma yerlərinə baxış keçiriblər. Ombudsmanın nümayəndələri bu müəssisələrdə saxlanma şəraitini araşdırıb, məhkumlar və saxlanılan şəxslərlə görüşüb, onların problemləri ilə maraqlanıb, müvafiq sənədlərlə tanış olublar.

Söhbət aparılmış şəxslər müəssisə əməkdaşları tərəfindən onlara qarşı zorakılıq hallarına və insan ləyaqətini alçaldan rəftara yol verilmədiyini, saxlanma şəraitindən narazı olmadıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti