...

Azərbaycan Avropa immunizasiya həftəsinə qoşulub

Cəmiyyət Materials 13 Aprel 2007 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babaeva / Azərbaycanın Səhiyyə Nazirliyi aprelin 16-22-də keçirilən Avropa immunizasiya həftəsinə qoşulub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aksiyasının məqsədi Avropa regionunda immunizasiyanın genişləndirilməsidir. Bu barədə cümə günü Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndələri mətbuat konfransında bildiriblər.

İmmunizasiya hər bir uşaq üçün vacibdir, "xəstəliyin qarşısını alır və həyatı mühafizə edir" - ideyasının yayılmasına xidmət edir.

Avropa immunizasiya həftəsində regionun 25 ölkəsi iştirak edir. Hər bir iştirakçı ölkə məlumatlandırma tədbirləri və əsas fəaliyyət qruplarının cəlb olunmasını təşkil edəcək.

Avropa immunizasiya həftəsi ÜST-in Avropa Koordinasiya Bürosunun təşkilatçılığı ilə keçirilir.

2-3 yaşlı uşaqlar arasında 90-95 faiz immun çatışmazlığı ilə bağlı yaranan poliomielitin qarşısının alınması üçün əlavə immunizasiya işləri aparılacaq.

Bu işdə Nazirliyin əsas tərəfdaşı kimi ÜST, BMT-nin Uşaq Fondu, Vişnevskaya-Rostropoviç Fondu və Beynəlxalq Tibb Korpusu çıxış edir.

Xəbər lenti

Xəbər lenti