...

Baş Prokurorluğun məktubunda yanlışıqlıq olub

Cəmiyyət Materials 14 Aprel 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında saxlanılan ömürlük həbs cəzasına məhkum edilmiş Dəyanət Kərimovun ailə üzvlərinin müraciətinə Respublika Baş Prokurorluğunun cavabında yanlışıqlıq var. Bu barədə şənbə günü Kərimovun vəkili Elman Osmanov məlumat verib. Bildirib ki, Kərimovun cəzasının 25 ilə endirilməsi prezidentin səlahiyyətində olan məsələdir və o, ölkə başçısının 19 mart 2007-ci il tarixli fərmanı ilə əfv olunmayıb. Onun sözlərinə görə, Baş Prokurorluq Dəyanət Kərimovu Kəramət Kərimovla səhv salaraq məhkumun ailəsinə göndərdiyi cavabda yanlışığa yol verib.

Kərimovun cəza çəkdiyi Qobustan qapalı həbsxanasının rəisi Əlizadə Hüseynov Trend ə bildirib ki, həbsxana rəhbərliyinə Kərimovun cəzasının 25 ilə endirilməsi ilə bağlı hər hansı sənəd daxil olmayıb. O bildirib ki, ölkə başçısının sonuncu əfv fərmanı ilə Kəramət Kərimovun cəzası 25 ilə endirilib.

Aprelin 13-də məhkumun bacısı Nübar Kərimovanın ünvanına Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rəisi Kamran Əliyevin imzası ilə 08/758206 saylı məktub daxil olub. Məktubda Dəyanət Kərimovun barəsində çıxarılmış ömürlük həbs cəzasının dəyişdirilməsi ilə bağlı təkrar müraciətə baxıdığı və prezidentin imzaladığı 19 mart 2007-ci il tarixli əfv fərmanı ilə onun ömürlük cəzasının 25 illik həbslə əvəz olunduğu göstərilib.

Xəbər lenti

Xəbər lenti