...

Dövlət Komitəsinin sədri: "Beynəlxalq təşkilatlarda sensassiya yaratmaq üçün qeyri-hökumət qurumları şişirdilmiş məlumatlar verirlər"

Cəmiyyət Materials 16 Aprel 2007 13:08 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Beynəlxalq təşkilatlarda sensassiya yaratmaq üçün qeyri-hökumət qurumları şişirdilmiş məlumatlar verirlər"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsinə Azərbaycandakı vəziyyətlə bağlı təqdim olunan hesabatlarda kəskin fərqlər var. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bazar ertəsi keçirilən toplantıda açıqlama verib.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsinin Azərbaycan hökumətinə təqdim etdiyi tövsiyələrin müzakirəsinə həsr olunmuş Dəyirmi masada Hüseynova qeyd edib ki, həmin qurumun Nyu-Yorkda keçirilən 37-ci sessiyasında Azərbaycanın nümayəndə heyəti öz hesabatını təqdim edib, məruzələr olub. Bu Komitəyə həmçinin qeyri-dövlət təşkilatları alternativ hesabat təqdim ediblər.

"Beynəlxalq qurumlarda sensassiya yaratmaq üçün bəzi qeyri-hökumət nümayəndələri ağlasığmaz yalan məlumatlar təqdim ediblər. Bu cür düzgün olmayan, şişirdilmiş məlumatlara görə bizə qarşı qərəzli məqamlar yaranır, iradlar tutulurdu. Hətta Azərbaycanda "Gender bərabərliyi haqqında qanun"la tanış olub müsbət rəy vermiş Avropa Şurasının eksperti BMT Komitəsində bu qanuna iradlarını bildirdi" - deyə Hüseynova qeyd edib.

Onun sözlərinə görə, BMT-nin bəzi tövsiyələri Azərbaycanın milli adət-ənənələrinə, mentalitetinə uyğun gəlmədiyi üçün qəbul edilə bilməz.

Dəyirmi masada Təhsil, Ədliyyə, Daxili İşlər nazirliklərinin, Ombudsman Aparatının, Nazirlər Kabinetinin nümayəndələri çıxış edərək qadınların hüquqları ilə bağlı öz sahələrində görülən işlərdən danışıblar.

Xəbər lenti

Xəbər lenti