...

Azərbaycan diasporunun şərqşünas alim Teodor Şumovskiylə görüşü olacaq

Cəmiyyət Materials 20 Aprel 2007 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun Rusiyanın görkəmli şərqşünas alimi, tarix elmləri doktoru Teodor Adamoviç Şumovskiylə görüşü və kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Qeyd edək ki, Teodor Şumovskiy 1913-cü ildə anadan olub, 1915-ci ildə ailəsi ilə Azərbaycanın Şamaxı şəhərinə köçüb. Onun şərqşünaslıq peşəsinə yiyələnməsi də Şamaxıya köçməsi ilə bağlı olub. Adamoviçin sözlərinə görə, Şamaxı onu qədim əlyazmalarla yaxınlaşdırıb və nəhayət o, müqəddəs Quranın elmi və bədii tərcüməsini edən ilk şəxs olub.

Aprelin 21-də Sankt-Peterburqda keçiriləcək toplantıda Şumovskinin "Şərqdən işıq" adlı kitabı da təqdim ediləcək. Tədbirdə alim Azərbaycanla bağlı xatirələrindən danışacaq, konsert və "dörd ölkə-bir tale" adlı proqramlar nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti