...

Məhşur rus dirijoru Azərbaycan Filormoniyasında çıxış edəcək

Cəmiyyət Materials 20 Aprel 2007 19:29 (UTC +04:00)
Məhşur rus dirijoru Azərbaycan Filormoniyasında çıxış edəcək

Azərbaycan,Bakı,20 aprel/müx. Trendlife Eldar Hüseynzadə/ Aprel ayının 27-də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri Rusiyanın xalq artisti, dirijor Vladimir Verbiskinin rəhbərliyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edəcək.Trendlife-ın verdiyi məlumata görə, gecədə həmçinin filarmoniyanın diriektoru , məşhur piano ifaçısı Murad Adıgözəlov da iştirak edəcək. Düzdür o, indi Moskvada məşqlər edir. O, Moskvada mədəniyyət günlərində iştirak edib və belə qərara gəlib ki, məşqləri davam etdirmək üçün orada qalsın.

Murad TrendLife -a bildirdi ki, aprel ayının 23-nə qədər Moskvada olacaq. Vladimr Verbskinin Bakıya gəlişi isə qapşılıqlı səfərlə bağlıdır. Belə ki, fevral ayında Voronej filarmoniyasında Murad Adıgözəlov onunla eyni səhnəni paylaşıb və onu Bakıya dəvət edib.

Verbiski Voronejdə, Bratislavda, Avstraliyada əsas dirijorlardan biri olub. 1987-ci ildə ildə Verbiski 1000-dən çox konsertdə iştirak edib, 2000-dən çox əsərin müəllifidir. Bu gecədə klassik musiqisevərlər üçün Şumananın və Çaykovskinin beşinci simfoniyası səslənəcək.

Xəbər lenti

Xəbər lenti