...

"Yeni Fikir" Gənclər Hərəkatının sədri "kars"a salınıb

Cəmiyyət Materials 23 Aprel 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / "Yeni Fikir" Gənclər Hərəkatının rəhbəri, hazırda 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Ruslan Bəşirli "kars"a salınıb. Bu barədə bazar ertəsi Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov məlumat verib. Behbudov bildirib ki, Bəşirli müəssisə rəhbərliyinin qərarı ilə 15 gün "kars"da saxlanılacaq. On gündür "kars"da olan Bəşirliyə daxili nizam-intizam qaydalarını pozduğu üçün bu cəza verilib. Komitə sədrinin sözlərinə görə, Bəşirlidən mobil telefon tutulub: "O, mobil telefonla müxalifət lideri Əli Kərimli ilə danışarkən müəssisənin əməkdaşları tərəfindən tutulub. Hazırda mobil telefonun müəssisəyə hansı yolla və kim tərəfindən keçirildiyi araşdırılır".

Penitensiar Xidmətin şöbə rəisi Rafiq Ramazanov Bəşirlinin mobil telefonla danışarkən tutulduğunu və bu səbəbdən müəssisə rəhbərliyi tərəfindən cəzalandırıldığını təsdiqləyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 29,278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamaya cəhd) maddəsi ilə təqsirləndirilən 7, müavini Ramin Tağıyev 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xəbər lenti

Xəbər lenti