...

EFBB prezidenti Bakıya mayın 2-də gələcək

Cəmiyyət Materials 23 Aprel 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Avropa Bodibildinq Federasiyasının (EFBB) və Beynəlxalq Bodibildinq Federasiyasının prezidenti Rafael Santoxa mayın 2-də Bakıya gələcək.

Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bunyadəliyevin Trend ə verdiyi məlumata görə, Avropa çempionatı öncəsi (turnir mayın 4-də Bakıda keçiriləcək) yüksək qonaq respublikanın idman rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

"Santoxa Bakıda keçiriləcək birinciliyə böyük önəm verir. Çünki bu turnir onun üçün qitə və beynəlxalq federasiyaların prezidenti kimi ilk turnir olacaq. Əminəm ki, turnir ən yüksək səviyyədə keçiriləcək" - deyə Bunyadəliyev vurğulayıb.

Qeyd edək ki, bodibildinq üzrə qitə birinciliyindən başqa Bakıda EFBB-in Konqresi də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti