...

Azərbaycanın uşaq evlərində ciddi nöqsanlar aşkarlanıb

Cəmiyyət Materials 24 Aprel 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan Təhsil Nazirliyinin balansında olan uşaq evlərində aparılan monitorinq onların fəaliyyətində ciddi nöqsanlar olduğunu üzə çıxarıb. Nazirlikdən verilən məlumata görə, monitorinq nazirlik tərəfindən keçirilib və 36 müəssisəni əhatə edib.

Çatışmazlıqlar uşaqların bu müəssisələrə qəbulu qaydalarına riayət olunması, sənədləşmə və uşaqların saxlanılması kimi məsələlərdə aşkarlanıb.

Nazirlikdə monitorinqin nəticələrinin detallarını açıqlamaq istəməyiblər. Həmin nəticələr bu günlərdə nazirliyin kollegiyasında müzakirəyə çıxarılacaq və sonra ictimaiyyətə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti