...

"Bu şəhərdə" Krasnoyarska gedir

Cəmiyyət Materials 25 Aprel 2007 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı,25 aprel /müx. "TrendLife" E.Hüseynzadə/

Rafael İsgəndərov və Coşğun Rəhimov Krasnoyarska qastrol səfərinə gedirlər. Bu haqda onların prodüsseri Müşfiq Abbasov "TrendLife"a xəbər verib. Onun sözlərinə görə, "Bu Şəhərdə" may ayının 12-də orada konsert proqramı ilə çıxış edəcəklər. Konsert Krasnoyarskda yaşayan həmvətənlilərimiz üçün veriləcək. Konsert Azərbaycan diaspor təşkilatının nümayəndəsi Mehdi müəllim tərəfindən təşkil olunacaq. Konsert proqramında "Toy" , "İmtahan" və başqa nömrələr nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti