...

Şuşanın işğalının 15-ci ildönümü ilə əlaqədar Strasburqda tədbirlər keçiriləcək

Cəmiyyət Materials 26 Aprel 2007 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Strasburqda fəaliyyət göstərən "Azərbaycan Evi" cəmiyyəti, Dünya Azərbaycanlıları Konqresi və Türkiyənin Tələt Paşa Komitəsi ilə birlikdə mayın 8-də Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 15 illiyi ilə bağlı kütləvi tədbirlər keçirəcək. Bu barədə cümə axşamı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mayın 5-də Strasburqun mərkəzində Avropa institutları qarşısında etiraz mitinqi, mayın 7-də isə mövzuya həsr olunmuş beynəlxalq elmi-praktik konfransın keçirilməsi planlaşdırılır. Konfransa Azərbaycandan, Türkiyədən və Avropanın müxtəlif ölkələrindən dəvət olunmuş nümayəndə heyətləri qatılacaqlar.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin nəzarəti altındadır. Azərbaycanın Şuşa şəhəri 1992-ci il mayın 8-də işğal edilib.

Xəbər lenti

Xəbər lenti