Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Tennis üzrə Azərbaycan yığma komandası Konfederasiya Kubokunun qrup mərhələsinin Avro-Afrika zonasının üçüncü qrupunda çıxışı minor notda başa vurub.
azerisport.com saytının bildirdiyinə görə, Mavritaniyada yarışın yekun turunda komanda 3:0 ümumi hesabı ilə kort sahiblərinə uduzub. Korta birinci olaraq Şükufə Abdullayeva çıxıb. O, iki setdə 0:6, 1:6 hesabla Astrid Tiksiyə uduzub. Sevil Əliyeva və Marin Jero arasında növbəti görüş baş tutmayıb. Belə ki, azərbaycanlı tennisçi yarışa çıxa bilməyib. Eyni hal cüt dərəcəsində də baş verib. Ş.Abdullayeva və S.Əliyeva yarışmasız təslim olmağa qərar verib. Bunun da nəticəsində mavritaniyalılar qəti qələbəni qeyd ediblər.
Bununla yanaşı, Avro-Afrika zonasının ikinci qrupuna putyovkanı qrup mərhələsini məğlubiyyətsiz keçmiş Türkiyə qazanıb.