...

Aplleyasiya və Ali məhkəmələrin tərkibində yeni kollegiyalar yaradılacaq

Cəmiyyət Materials 30 Aprel 2007 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Aplleyasiya Məhkəməsi və Ali Məhkəmənin tərkibində İnzibati Mübahisələrə Dair İşlər üzrə Kollegiyalar yaradılacaq. Bu barədə bazar ertəsi Bakıda Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səyyad Kərimov məlumat verib.

Onun sözlərinə görə, yeni İnzibati Prosessual Məcəllədə bununla bağlı xüsusi müddəalar var.

"Apellyasiya Məhkəmələri regional apellyasiya məhkəmələrinə bölünüb. Ona görə də hər bir regionda Apellyasiya Məhkəməsinin tərkibində İnzibati Mübahisələrə Dair İşlər üzrə Kollegiya və Ali Məhkəmədə bir kollegiya yaradılacaq. İnzibati Prosessual Məcəllə qəbul olunana qədər bu məsələ həll olunmalıdır. Bu kollegiyalara hakimlər təyin olunmalıdırlar", -deyə Kərimov əlavə edib.

O qeyd edib ki, hazırlanan mexanizmlərə görə İnzibati Mübahisələrə Dair İşlər üzrə Kollegiyalara verilən işlərin xarakterindən asılı olaraq onlara qısa müddətdə baxılmalıdır.

Xəbər lenti

Xəbər lenti