...

Qızıl Aypara Cəmiyyəti xeyriyyə tədbirləri keçirəcək

Cəmiyyət Materials 2 May 2007 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /müx. "TrendLife" F.Sadıxov

Mayın 6-da Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının təsis olunma günüdür. Azərbaycan Qızıl Aypara Cəmiyyəti həmin gün münasibətilə ölkənin müxtəlif regionlarında bir sıra tədbirlər keçirməyi planlaşdırır. Cəmiyyət dən "TrendLife"a bildirilib ki, mayın 8-də şəhid ailələri üçün, qaçqın və məcburi köçkünlər yaşayan ərazilərdə humanitar aksiyalar təşkil olunacaq.

Xatırladaq ki, 1920-ci ilin martından fəaliyyətə başlayan Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkəmizdə diqqət və qayğıya ehtiyacı olan insanlara yardım göstərir, müxtəlif humanitar tədbirlər təşkil edir.

.

Xəbər lenti

Xəbər lenti