...

Prokuror jurnalistlərin azadlıqdan məhrum edilməsini istəyib

Cəmiyyət Materials 4 May 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Səbayel rayon məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazarı Rafiq Tağının məhkəmə prosesi davam etdirilib. Cümə günü məhkəmədən bildirilib ki, prosesdə dovlət ittihamçısı çıxış edərək Sədaqətoğlunun 5, Tağının isə 4 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Sədaqətoğlu və Tağı Cinayət Məcəlləsinin 283-cü maddəsi (irqi, milli və dini nifrət və düşmənçiliyin salınması) ilə təqsirləndirilərək ötən ilin noyabrında həbs ediliblər.

Onlar "Avropa və biz" məqaləsində İslam dini və Məhəmməd peyğəmbər haqqında bəzi təhqiredici fikirləri səsləndirməkdə günahlandırılırlar.

.

Xəbər lenti

Xəbər lenti