...

Təhsil naziri: "Dövlətin tələbələr üçün pullu yataqxanalar tikmək imkanı yoxdur"

Cəmiyyət Materials 7 May 2007 17:34 (UTC +04:00)
Təhsil naziri: "Dövlətin tələbələr üçün pullu yataqxanalar tikmək imkanı yoxdur"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Dövlətin tələbələr üçün pullu yataqxanalar tikmək imkanı yoxdur. Bu barədə bazar ertəsi Bakıda təhsil naziri Misir Mərdanov məlumat verib.

Nazir qeyd edib ki, dövlət tərəfindən belə bir məsələnin həyata keçirilməsi nəzərdə tutulmayıb: "Ola bilər ki, ayrı-ayrı iş adamları belə bir təşəbbüsdə bulunsunlar. Amma hökumət səviyyəsində belə bir fikir yoxdur".

Mərdanov onu da bildirib ki, Azərbaycanda qanunsuz fəaliyyət göstərən ali məktəblərlə bağlı problemlər həll olunub. Təhsil Nazirliyi Kollegiyasının ötən ilin may ayında qəbul etdiyi qərar tam həyata keçirilib və belə məktəblərin fəaliyyəti dayandırılıb.

Orta məktəb şagirdlərinin mobil telefonlardan istifadə etmələrini problem adlandıran nazir qeyd edib ki, bu problemi əmrlə həll etmək çətindir: "Ona görə də ictimaiyyət bu məsələyə qoşulmalıdır. Çalışmalıyıq ki, ən azı dərs zamanı şagirdlər mobil telefondan istfadə etməsinlər".

Mərdanov vurğulayıb ki, təhsil müəssələrində attestat, şəhadətnamə və diplomlar dövlət tərəfindən pulsuz verilir: "Ona görə də vətəndaşlar attestat, şəadatnamə və diplomlara görə pul ödəməsinlər. Əgər kimsə belə bir faktla rastlaşsa, Təhsil Nazirliyinə, şəxsən mənə məlumat versin. Məktəblərin birində belə bir fakt aşkar olunmuşdu və biz onunla bağlı müvafiq tədbir gördük".

Xəbər lenti

Xəbər lenti