...

Yevlaxda regional vərəm dispanseri tikilir

Cəmiyyət Materials 11 May 2007 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /müx.TrendLife Fərid Sadıxov/Səhiyyə Nazirliyindən TrendLife-a verilən məlumata görə, ölkənin bir sıra regionlarında tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün ciddi tədbirlər görülür. Bu tədbirlər çərçivəsində Yevlax şəhərində regional vərəm dispanseri tikilir.

Nazirlikdən bildirilib ki, dispanser Yevlax şəhərinə yaxın ərazilərdə yerləşən 9 rayona xidmət göstərəcək. Bu tibb müəssisəsinin inşası 2007-ci ilin sonunadək başa çatdırılacaq. Yeri gəlmişkən, hazırda Yevlaxda 5 şöbədən ibarət uşaq xəstəxanası da tikilməkdədir.

Gələn il isə şəhərdə 6 korpusdan ibarət 235 çarpayılıq xəstəxananın inşasına başlanılacaq. Bunun üçün 12 milyon manat vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti