...

Azərbaycanın sabiq baş nazirinin qardaşına hökm oxunub

Cəmiyyət Materials 14 May 2007 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Sabiq baş nazir Surət Hüseynovun qardaşı Asif Hüseynova bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə hökm oxunub. Məhkəmədən bazar ertəsi bildirilib ki, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunan Hüseynova 13 il azadlıqdan məhrumetmə cəzası verilib.

Samux rayon Yun Tədarükü İdarəsinin rəisi işlədiyi dövrdə Hüseynov külli miqdarda özgə əmlakını mənimsəməklə yanaşı,1994-cü ildə bir neçə nəfər şəxslə birgə dövlət çevrilişinə cəhd etməkdə günahlandırılır.

Xəbər lenti

Xəbər lenti