...

Azərbaycanın millət vəkilinin "Müxalifət" qəzetinin baş redaktoruna qarşı iddiası üzrə qərar qəbul olunacaq

Cəmiyyət Materials 14 May 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Millət vəkili Cəlal Əliyevin "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirliyə və qəzetin əməkdaşı Yaşar Ağazadəyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə bu gün Yasamal rayon məhkəməsində hakim Məlahət Abdulmanafovanın sədrliyi ilə məhkəmə prosesi keçirilib. Prosesdə tərəflərin vəkilləri çıxış edib, məhkəməyə müvafiq sübutlar təqdim ediblər. Qəzetin baş redaktoru bazar ertəsi Trend ə bildirib ki, mayın 16-da iş üzrə qərar qəbul olunacaq.

Qəzetin 24 fevral və 3 mart tarixli saylarında dərc olunmuş "A.M.A.Y-Əliyevlər ailəsinin ticarət nişanı" adlı məqalə ilə şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edən millət vəkili baş redaktorun və məqalə müəllifinin Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci (böhtan) maddəsi ilə cinayət işinin açılmasını istəyib

Bu gün Yasamal rayon məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə "Müxalifət" qəzetinin adıçəkilən məqalə ilə əlaqədar firmanın rəhbərliyinin baş redaktor və qəzetin əməkdaşı Yaşar Ağazadəyə qarşı mülki iddiası üzrə hazırlıq iclası keçirilib. İş üzrə məhkəmə baxışının mayın 29-da keçirilməsi qərara alınıb.

İddiaçı Kəbirlinin və məqalə müəllifi Yaşar Ağazadənin üzr istəmələrini, Ağazadədən 1 000 000 manat tutulmasını tələb edir. "Hazırlıq iclası aprelin 23-də saat 11:30-da Yasamal Rayon Məhkəməsində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti