...

"Maşın-şou"da Nuranı sıradan çıxardılar

Cəmiyyət Materials 14 May 2007 19:38 (UTC +04:00)

Azərbaycan,Bakı, 14 may /müx.Trendlife Vüqar Vüqarlı/"Maşın-şounun" tamaşaçıları Çinqiz Əhmədovun gözlənilməz çıxışından sonra dünən gecə Nura Surini də layihədən uzaqlaşdırdılar. Hər şey haqda daha ətraflı...

Layihənin üçüncü günü layihədə Nura üçün tələ quruldu. Layihənin növbəti qurbanı Nura Suri oldu. Buna görə hətta oyunda qruplaşma yarandı. Bu qruplaşmada 9 nəfərdən -Valeh Kərimov, Şərqiyyə Hüseynova, Muxtar Maniyev, cavan nəsildən isə Vado Korovin, Nicat Kazımov, Murad Arif, Natəvan Həbibidən ibarət idi. Mügənnini ancaq Mehriban Xanlarova dəstəkləyirdi.

Qruplaşmanın iki qurbanı vardı -Ayan və Xəyyam. Əsas səhv isə Nuranın özündə idi. Belə ki, o, sona qədər tam qərara gələ bilmədi: oyunda kim getsin, kim qalsın? Nəticədə idman prinsipinə görə, "Sən vurmayacaqsan, səni vuracaqlar". Nura billə-billə bu duetə uduzdu. Nuraya getsin deyənlərin sayı 60% təşkil edirdi. Belə çıxır ki, "uşaq baxçası" "bağbanlardan" daha güclü çıxdı. Demək olar ki, bütün gecəni "Abşeron" hotelinin yumşaq çarpayılarında yox, əksinə, dəhlizlərində keçirdilər. Bizdə olan məlumata görə, qruplaşmaya Xəyyam da qatıldı.

Bizi bu axşam Murad Dadaşovun rəhbərliyi ilə növbəti qalmaqal gözləyir. Necə fırladırsan fırlat, bütün iştirakçılar bu iri oyunun vintləridir ki, arada nəzarətdən çıxır.

Xəbər lenti

Xəbər lenti