...

Millət vəkili: "İnternatlarda yaşayan uşaqlar üçün bina tikilir"

Cəmiyyət Materials 16 May 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Heydər Əliyev Fondu Nizami rayonu ərazisində internatda böyüyən uşaqlar üçün bina inşa etdirir. Bu barədə çərşənbə günü Bakıda Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, millət vəkili Məlahət Həsənova məlumat verib.

Onun sözlərinə görə, internatda böyüyən və yaşı 18-ə çatan kimsəsiz uşaqlara inşa olunan binada ev veriləcək: "Həmin bina Nizami rayonu ərazisində yerləşən 2 saylı uşaq evinin həyətində inşa olunur. Orada valideyn himayəsindən məhrum olmuş uşaqlara təmənnasız olaraq mənzil veriləcək".

Millət vəkili vurğulayıb ki, internatlarda böyüyən uşaqlar 18 yaşları tamam olduqdan sonra qalmağa yer tapmırlar: "Xüsusən də qızlar yaşamaq üçün yer tapmaqda çətinlik çəkirlər. Onlar üçün yaşayış binasının inşa olunması yaranmış problemi aradan qaldıracaq".

Xəbər lenti

Xəbər lenti