...

Azərbaycanın aparıcı müxalifət partiyası üzvünün şikayəti üzrə yekun qərar elan olunacaq

Cəmiyyət Materials 17 May 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir, K. Zərbaliyeva/ Müsavat Partiyasının üzvü Mehdi Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə bu gün Apellyasiya Məhkəməsində hakim Mübariz Zeynalovun sədrliyi ilə məhkəmə prosesi keçirilib.

Mehdiyevin vəkili Tufan Kərimov cümə axşamı Trend ə bildirib ki, prosesdə hüquqlarını müdafiə etdiyi şəxs ifadə verib. Məhkəmə istintaqının yekunlaşdığını deyən vəkil prosesin sabah davam etdiriləcəyini bildirib. Sabahkı prosesdə dövlət ittihamçısı çıxış edəcək. Həmin gün məhkəmə apellyasiya şikayəti ilə bağlı yekun qərarını elan edəcək.

Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.1 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. O, "Lider" Televiziyasının keçmiş əməkdaşı Sahil Kərimovu 2003-cü ilin prezident seçkilərindən sonra baş verən kütləvi iğtişaşlarda döyüb ona bədən xəsarəti yetirməkdə təqsirli bilinərək Səbayel rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Mehdiyevin adı AŞ-yə təqdim edilən siyası məhbuslar siyahısına salınıb. AŞPA-nın Azərbaycanla bağlı sonuncu qətnaməsinin qəbulundan sonra Mehdiyevin işinin obyektiv araşdırılması üçün bir qrup hüquq müdafiəçisi məhkəməyə müraciət edib.

Xəbər lenti

Xəbər lenti