...

Macarıstan XİN başçısı: "Ramil Səfərov Azərbaycana ekstradisiya oluna bilər"

Cəmiyyət Materials 18 May 2007 13:05 (UTC +04:00)
Macarıstan XİN başçısı: "Ramil Səfərov Azərbaycana ekstradisiya oluna bilər"

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Macarıstanda həbsdə olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun ekstradisiyası ilə bağlı məsələ cümə günü Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Macarıstan XİN başçısı Kinqa Gents arasında keçirilən görüşdə müzakirə olunub.

Məmmədyarov ümidvar olduğunu bildirib ki, Macarıstan rəhbərliyi Azərbaycan tərəfinin bu məsələyə ədalətli yanaşmasını nəzərə alacaq.

Macarıstan XİN başçısı isə bəyan edib ki, Səfərovun işi üzrə məhkəmə prosesi hələ də davam edir və onun ekstradisiyası ilə bağlı yekun qərar proses bitdikdən sonra çıxarıla bilər. "Bu məsələni Azərbaycanın ədliyyə naziri iyunda Budapeştə edəcəyi səfər zamanı macarıstanlı həmkarı ilə müzakirə edəcək" - deyə o bildirib.

Xatırladaq ki, Səfərov Ermənistan Silahlı Qüvvələrinin zabitini qətlə yetirdiyinə görə Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli qərarı ilə ömürlük həbs cəzası alıb. Səfərov NATO proqramı çərçivəsində Macarıstanda keçirilən hərbi təlimlərdə erməni zabiti ilə bir yerdə olub.

Xəbər lenti

Xəbər lenti