...

Elarizin yeni mahnısının təqdimatı qalmaqallı keçdi

Cəmiyyət Materials 19 May 2007 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı 19 may /müx. "TrendLife" Vüqar Vüqarlı/

Azərbaycanın tanınmış müğənnisi Elariz Məmmədoğlunun "Nələr oldu" mahnısının klip təqdimatını uğurlu adlandırmaq olar. Heç bilirsiz klipin rejissoru kimdi? Tanınmış müğənni Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı Rəhman Ağayev. Mahnın sözlərini kim yazıb? Məmmədoğlu özü. Mahnı haqqında pis deyə bilmərəm. Pis şey konfransda söz-söhbətin düşməsi oldu. Klipə baxdıqdan sonra həmişəki kimi jurnalistlər Elarizi sual atəşinə tutdular. Birdən hardansa 20 yaşlarında bir oğlan peyda olub, "bu mahnının sözlərini mən yazmışam" deyə bildirdi. Həmin oğlan KİV nümayəndəsi kimi içəri daxil olmuşdu. O hardan peyda oldu? "Zərərçəkən" başa sala bilmədi. Ay Elariz, Elariz, axı hər şey qara parçada ağ sapla tikilib. Müğənni həmin oğlanla heç bir əlaqəsi olmadığını dedi.

Xəbər lenti

Xəbər lenti