...

Rauf Məmmədov "Dünyanın yeniyetmə ulduzları" turnirinin liderləri sırasındadır

Cəmiyyət Materials 19 May 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Rauf Məmmədov Kirişıda İvan Somovun xatirəsinə keçirilən "Dünyanın yeniyetmə ulduzları" turnirinin üç turundan sonra ilk beşlikdə yer alır.

Turnirin üçüncü günündə Xantı-Mansiyskdə keçiriləcək dünya çempionatına vəsiqə qazanmış Məmmədov belarus Sergey Jiqalko ilə heç-heçə edib. Bununla da Raufun aktivində balların sayı ikiyə çatıb. Eyni göstəricilərə erməni Avetik Qriqoryan və ukraynalı Yuri Kuzabov malikdir.

Mundial və yeniyetmələr arasında qitə birinciliyinin qalibi Eltac Səfərli isə hələlik həmkarından bir xal geri qalır. O, rusiyalı Eduard Qorovla heç-heçə oynayıb.

Qeyd edək ki, hazırda turnirdə liderliyi hindistanlı Negi Paramaryan və erməni Zaven Andriasyan bölüşdürür. Onların aktivində 2,5 xal var.

Xəbər lenti

Xəbər lenti