...

Azərbaycan Ekologiya Nazirliyi meşələrdə zərərvericilərin kütləvi artım səviyyəsini dəqiqləşdirib

Cəmiyyət Materials 21 May 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2007-ci ildə ölkə meşələrində zəzərvericilərin kütləvi halda artımı sıfıra bərabərdir. Bu barədə nazirliyin yaydığı xəbərdə bildirilir.

Ötən il AZAL Dövlət Konserni ilə birgə 2,5 min hektarlıq ərazidə kimyəvi tozlandırma həyata keçirilib və artıq yaz mövsümündə zərərverici həşəratların kütləvi artımının qarşısı alınıb.

"Həşəratlarla mübarizə (oxşar halın yaranmasını qabaqlamaq üçün) məqsədi ilə AZAL-la artıq yeni müqavilə imzalanıb" - deyə xəbərdə bildirilir.

2006-cı ildə 20 müəssisədə 25586 hektarlıq ərazidə meşəpatoloji araşdırmalar aparılıb. Burada 25111 hektar meşələrin payına düşüb.

Xəbər lenti

Xəbər lenti