Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/"Xəzər"in müdafiəçisi Emin Quliyev futbol üzrə Azərbaycan yığmasına iyunun əvvəlində Polşa və Finlyandiyaya qarşı Avropa-2008 Çempionatının seçmə matçları üçün çağırılıb.
Trend in məlumatına əsasən, komandanın baş məşqçisi Şahin Diniyev uzun müddət komandaya çağırılmayan oyunçunun xidmətlərindən istifadə etməyə qərar verib. Xüsusən də Emin özünü ölkə çempionatında göstərib və Milli Birincilik və Kubokda qələbə qazanmağa yaxındır.
Hazırkı çağırışda legionerlərin minimal sayı da həmçinin diqqəti cəlb edir. Məşqçi Kənan Kərimov, Vüqar Nadirov və Vaqif Cavadova kompaniya təşkil edə biləcək yalnz "Neftçi"nin forvardı Branimir Subaşiçi komandaya çağırmağa qərar verib.