...

Stolüstü tennis üzrə Azərbaycan yığması Avropa çempionatında iştirak edəcək

Cəmiyyət Materials 22 May 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Stolüstü tennis üzrə Azərbaycan yığması Zaqrebdə start götürən Avropa çempionatında iştirak edəcək.

Millinin məşqçisi Aleksandr Zudovun verdiyi məlumata görə, Xorvatiyaya dəfələrlə ölkə çempionu olmuş Fərhad İsmayılov, Ramin Cəfərov və Nəriman Abdullayev yollanıb. Qadınlardan ibarət kollektivə isə Billurə İmanova, Xəyalə Qasımova və Səbinə Əhmədova daxil olub. Əhmədova qitənin perspektivli idmançılarından biri sayılır və Xorvatiyada uğurlu çıxış edə bilər.

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, azərbaycanlı tennisçilərə bəzi komandalarla mübarizə aparmaq çətin olacaq. Çünki bu komandalarda milliləşdirilmiş çinli ustalar var. Onlar isə idmanın bu növündə ad çıxarıblar.

Xəbər lenti

Xəbər lenti