...

Qrossmeyster Rauf Məmmədov "Dünyanın yeniyetmə ulduzları" turnirinin mükafatları uğrunda mübarizəni davam etdirir

Cəmiyyət Materials 23 May 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Rauf Məmmədov Kirişıda (Leninqrad vilayəti) davam edən İvan Somovun "Dünyanın yeniyetmə ulduzları" memorialında medallar uğrunda mübarizəni davam etdirir.

Altıncı turda həmyerlimiz hindistanlı Negi Parimaryanlə heç-heçə oynayıb. Bu, Raufa 3,5 xal yığmaq imkanı verib və mübarizəni davam etdirmək üçün şərait yaradıb. Qeyd edək ki, Məmmədovdan bir xal irəlidə olan Parimaryanla rusiyalı Yan Nepomnyaşi turnirin favoritləri sayılır.

Eltac Səfərliyə gəldikdə isə, gənc qrossmeysterimiz növbəti görüşdə ukraynalı Yuri Kuzubovdan məğlubiyyət alıb və nəticədə iki xalla turnir cədvəlinin ortalarında qərarlaşmaq məcburiyyətində qalıb.

Xəbər lenti

Xəbər lenti