...

Müxalifət partiyasının həbsdə olan üzvü azadlığa buraxıldı

Cəmiyyət Materials 24 May 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Müsavat Partiyasının üzvü Mehdi Mehdiyev azadlığa buraxılıb. Cümə axşamı Apellyasiya Məhkəməsindən Trend ə verilən məlumata görə, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilmiş prosesdə Mehdiyevə 2 il şərti iş verilərək məhkəmə zalından azadlığa buraxılıb.

Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.1 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət gçstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. O, "Lider" televiziyasının keçmiş əməkdaşı Sahil Kərimovu 2003-cü ilin prezident seçkilərindən sonra baş verən kütləvi iğtişaşlarda döyüb ona bədən xəsarəti yetirməkdə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Mehdiyevin adı AŞ-yə təqdim edilən siyası məhbuslar siyahısına salınıb. AŞPA-nın Azərbaycanla bağlı sonuncu qətnaməsinin qəbulundan sonra Mehdiyevin işinin obyektiv araşdırılması üçün bir qrup hüquq müdafiəçisi məhkəməyə müraciət edib.

Xəbər lenti

Xəbər lenti