...

ATAF-ın Strasburq şöbəsi fəaliyyətlərini artırır

Cəmiyyət Materials 25 May 2007 17:09 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ 28 May - Azərbaycanın Respublika günü münasibətiylə, Strasburqda yürüş-festival və Azərbaycan gecəsi təşkil olunacaq. Tədbirlərı Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsi həyata keçirəcək.

29 Mayda, yerli vaxtla saat 15-17 arası başlayacaq yürüş-festivalda, Strasburqda təhsil alan azərbaycanlılarla yanaşı, Almaniya və digər yaxın ölkələrdən gələn azərbaycanlı tələbələr də iştirak edəcək. Yürüşdə, xüsusi təbliğat xarakterli maykalar (tee-shirt) geyiniləcək, yürüş zamanı milli Azərbaycan mahnıları səsləndiriləcək. Strasburqun Respublika meydanından başlayan yürüşdə iştirakçılar şəhərin mərkəzi küçələrindən keçərək mərkəzi meydanı sayılan Katedral meydanına qədər gedəcəklər. Katedral meydanında Azərbaycan milli rəqsləri ifa ediləcək, yerli əhaliyə broşüralar paylanılacaq. Yürüş-festivala Strasburqdakı türk təşkilatları da dəstək verəcək.

29 Mayda yerli vaxtla saat 18.30-da Azərbaycanın Avropa Şurası yanındaki daimi nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqun Robertso bölgəsində yerləşən 3-cü Napoleonun yaşadığı tarixi bir qəsrdə rəsmi tədbir keçiriləcək. Tədbirdə azərbaycanlı tələbələrlə yanaşı, rəsmi şəxslər, xarici diplomatlar, o cümlədən Azərbaycandan gəlmiş qonaqlar iştirak edəcək.

Həmin gün saat 22.00-da isə Strasburqun böyük əyləncə klublarından biri olan "Salamandre" klubunda Azərbaycan gecəsi təşkil olunacaq. Gecədə Azərbaycanla bağlı qısa film göstəriləcək, müxtəlif janrda olan Azərbaycan mahnıları səsləndiriləcək, iştirakçılara xüsusi hazırlanmış maykalar paylanılacaq. Gecədə, eyni zamanda Fransanın məşhur Star Academic programında iştirak edəcək gənc fransız gitarist öz yeni mahnılarıyla konsert verəcək. Gecədə Strasburqda və kənar şəhərlərdə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, fransız və digər xarici tələbələr, Azərbaycandan gəlmiş qonaqlar, rəsmi şəxslər və xarici diplomatlar da iştirak edəcək.

Bu arada beynəlxalq gənclər təşkilatlarından biri olan COJEP ilə görüşlər keçirən ATAF-ın Strasburq şöbəsi birgə layihələr üzərində işləmə barədə ümumi razılığa gəlib. Bu yaxınlarda iki təşkilatın Avropa Şurasında birgə beynəlxalq konfrans təşkil etməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti