...

Vüqar Verdiyev Kiyevdəki elit-tura hazırlığını davam etdirir

Cəmiyyət Materials 26 May 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Avropanın gümüş mükafatçısı olan Vüqar Verdiyevin dəvət edildiyi bodibildinq üzrə Avropa elit-turu (Kiyevdə keçirilməsi planlaşdırılır) iyunun 23-nə təxirə salınıb.

Azərbaycan Bodibildinq Federasiyanın prezidenti Rauf Bunyadəliyevin Trend ə verdiyi məlumata görə, ilkin olaraq yarışın iyunun 2-də keçirilməsi nəzərədə tutulurdu. Lakin sonradan ukraynalılar turniri təxirə salmaq qərarına gəliblər. "İş ondadır ki, Bakıda keçirilən qitə birinciliyindən sonra elit-turun növbəti mərhələsinin təşkilatçılığı üzərinə ukraynalılar götürdü və bu səbəbdən də təşkilatçılar qısaca taym-aut götürməyi məqsədəuyğun saydılar. Məqsəd növbəti yarışa yaxşı hazırlaşmaqdır" - deyən Bunyadəliyevin sözlərinə görə, hazırda Vüqar əvvəlki rejimdə məşqlərini davam etdirir.

Xatırladaq ki, Verdiyev turnir təşkilatçılarından şəxsi dəvət alıb. Turnir mütləq çəki dərəcəsində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti