...

Azərbaycan həbsxanalarında işgəncə faktları azalıb

Cəmiyyət Materials 30 May 2007 11:10 (UTC +04:00)
Azərbaycan həbsxanalarında işgəncə faktları azalıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan həbsxanalarında işgəncə faktları azalıb. Ancaq demokratik hüquqi dövlət üçün bir neçə işgəncə faktının qeydə alınması da böyük göstəricidir. Bu barədə ombudsman Elmira Süleymanova məlumat verib.

Onun sözlərinə görə, ayrı-ayrı hallarda həbsxanalarda işgəncə faktlarına rast gəlinir. Süleymanova bildirib ki, bu cür hüquq pozuntuları ilə bağlı fakt aşkarlanandan dərhal sonra müvafiq qurumlara müraciət olunur.

Həbsxanaların və istintaq təcridxanalarının əksəriyyətinin müasir standartlara cavab vermədiyini deyən Süleymanova bildirib ki, yeni tikilən həbsxanaların standartlara cavab verməsi üçün bütün hallar nəzərə alınıb. Məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması məsələsi xüsusilə yeni həbsxanalarda nəzərə alınacaq.

Xəbər lenti

Xəbər lenti