...

"MKT-Araz"ın lideri "Qarabağ"a keçib

Cəmiyyət Materials 31 May 2007 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "MKT-Araz" klubunun lideri Murad Ağakişiyev karyerasını "Qarabağ"da davam etdirəcək.

Oyunçu ağdamlılarla müqavilə bağlayıb və yeni kollektivinə növbəti mövsümdə uğurlu çıxış etmək üçün kömək göstərəcək. Rasim Karanın yetirmələri avrokuboklarda iştirak etmirlər və bu üzdən də əsas diqqəti daxili çempionata yönəldəcəklər. Bu mənada Ağakişiyevin alınması kifayət qədər faydalı görünür. Məhz Muradın səyləri sayəsində "MKT-Araz" ölkə kubokunun finalınadək yüksəlib və nəticədə UEFA Kubokuna vəsiqə qazanıb.

Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev Ağakişiyevi "Avro-2008"in seçmə mərhələsi çərçivəsində Finlandiyaya qarşı oyuna dəvət etmişdi.

Xəbər lenti

Xəbər lenti