...

Birləşmiş Ərəb Əmirliklərində, Almaniyada və Türkiyədə həbs olunmuş Azərbaycan vətəndaşları ekstradisiya olunacaq

Cəmiyyət Materials 1 İyun 2007 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan Ədliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində həbs olunmuş 3 nəfər Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı həmin ölkənin müvafiq qurumuna müraciət edib. Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov Trend ə bildirib ki, həmin şəxslər insan alveri və dələduzluq cinayətlərinə görə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışdadırlar.

Həmçinin Türkiyədə 1, Almaniyada 2, Böyük Britaniyada isə 3 nəfər Azərbaycan vətəndaşının yeri müəyyən olunub və onların ekstradisiyası ilə bağlı sorğular verilib.

Onların ekstradisiyası ilə bağlı müvafiq tədbirlər görülür və yaxın gələcəkdə bu proses həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti