...

Salyanda qrunt suları basmış evlərdə dezinfeksiya işlərinə başlanılıb

Cəmiyyət Materials 5 İyun 2007 14:19 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Kürün səviyyəsinin qalxması nəticəsində qrunt suları basmış evlərdə bu gündən dezinfeksiya işlərinə başlanılıb. Bu barədə çərşənbə axşamı Salyan Gigiyena və Epidemioloji Mərkəzinin direktoru Mirəddin Ağayev məlumat verib. Onun sözlərinə görə, dezinfeksiya işlərinin aparılması üçün dörd briqada yaradılıb. Artıq gün ərzində 70-ə yaxın evdə dezinfeksiya işləri başa çatdırılıb. Qeydiyyata alınmış daha 350 həyətdə də xlorlu əhənglə dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub.

Son 10 gündə Kür çayının səviyyəsinin iki metr aşağı düşməsi həyətlərə dolmuş qrunt suların tamamilə çəkilsməsinə səbəb olub. Amma çirkab sular çəkildikdən sonra həyətlərdə antisanitariya vəziyyəti yaranıb, xeyli həşərat və qurbağalar yığılıb. Aprelin ortalarından başlayaraq mayın sonuna kimi Kürün səviyyəsi 3 metr 90 santimetrə qalxmışdı və saniyədə 1660 kubmetr su keçirdi.

Kürün aşağı hissəsində suyun səviyyəsi ən çox 2003-cü ildə qalxıb. Həmin il Kürdə saniyədə 1800 kubmetr su keçib.

Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti