...

Azərbaycan yığması Qazaxıstanla oyunda əsas qapıçısının xidmətlərindən yararlana bilməyəcək

Cəmiyyət Materials 5 İyun 2007 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın futbol üzrə yığması Qazaxıstan millisinə qarşı oyun öncəsi ciddi itkilərə məruz qalıb.

Komandanın baş məşqçisi Şahin Diniyev eyni zamanda üç futbolçunun xidmətindən yararlana bilməyəcək. Söhbət ilk növbədə Polşa ilə oyunda Sarı vərəqə alan yığmanın əsas qapıçısı Fərhad Vəliyevdən gedir. Bu onun hazırkı seçmə mərhələdə sayca ikinci vərəqəsidir.

Eyni taleyi hücumçü Vaqif Cavadov yaşayıb. Kənan Kərimov isə aldığı zədə üzündən Qazaxıstan yığmasına qarşı oyunda meydana çıxa bilməyəcək.

Xəbər lenti

Xəbər lenti