...

Azərbaycanın otüstü hokkey yığmasının baş məşqçisi: "İdmançılarda artıq Çempionlar kubokunun həyəcanı keçib"

Cəmiyyət Materials 6 İyun 2007 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "AtaHolding Hockey Champions Challenge" turnirində çıxış gələn ilin lisenziyalı yarışı öncəsi Azərbaycan yığması üçün gücünü yoxlamaq baxımından əla şansdır. Bunu turnirin açılışına həsr olunmuş brifinqdə komandanın baş məşqçisi Tahir Zaman deyib.

Pakistanlı mütəxəssis qeyd edib ki, yetirmələrində artıq Çempionlar kubokunun həyəcanı keçib. Bu yarışın bürünc medalları uğrunda idmançılarımız "Berliner" komandasına məğlub olublar.

"Klub yarışları artıq arxada qalıb və indi bizi bir çox suallara cavab verəcək mötəbər turnir gözləyir. Bu turnir hokkeyçilər üçün beynəlxalq təcrübə yığmaq və güclü rəqiblərlə qarşılaşmaq üçün yaxşı imkandır" - deyə məşqçi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti