Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Xəzər" futbol klubunun baş həkimi , Azərbaycanın əməkdar həkimi Boris Xetaqurov Sofiyada keçirilən UEFA-nın tibbi seminarında iştirak edib. Həkimin sözlərinə görə, seminar Balkan ölkələri yığmalarının, həmçinin yerli klubların tibbi personalının iştirakı ilə keçib.
Seminar futbol sahəsində tanınmış türk həkimi Mehmet Bennetin başçılığı ilə keçib.
"MDB ölkələrindən seminarda Azərbaycan və Belarusiya təmsil olunmuşdu. Belarus həkimini seminara o səbəbdən dəvət etmişdilər ki, bolqarlar Avropa -2008 çempionatının seçmə turninində belarusların rəqibidir" - deyə Xetaqurov bildirib. O həmçinin qeyd edib ki, seminarda futbol tibbinin inkişafı, oyunçuların zədə dərəcələri və onların digər aspektləri kimi məsələlərə toxunulub.