...

Belə komanda ilə kəşfiyyata da gedərdim! - Balaş Qasımov

Cəmiyyət Materials 7 İyun 2007 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı 7 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Balaş Qasımovun komandası "Nə? Harda? Nə vaxt?" oyununun yay seriyasında Moskvada finala çıxıb. Biz hər dəfə Balaşla söhbət etmək isətmişik, amma nədəsə heç vaxt alınmırdı. Ondan müsahibə götürmək üçün mütləq İqra-TV Moskva prodüsser mərkəzinin direktoru Natali Stesenkanın icazəsi olmalıdır. Dünən TrendLife icazə aldı və Balaş Qasımov bizə çox da böyük olmayan müsahibə verdi.

- Balaş, oyunu uğurlu hesab edirdiniz?

- Biz ancaq qələbə üçün oynayırdıq və buna nail olduq.

- Amma çoxu elə düşünürdü ki, Maksim Potaşevin komandası qalib gələcək. Birdən-birə o məğlub oldu...

- Siz bilirsiz də, canavardan qorxub meşəyə girmirlər. Mən də indiyənə qədər fikirləşirəm ki, Potaşevin komandası həm güclü, həm də təcrübəlidir. Orda Potaşevlə bərabər Mixail Munn Kim güclü oyun oynayırdı.

- Sizcə, onların məğlubiyyəti nə ilə əlaqədar idi?

- Məğlub olmaqlarının çox əsası ola bilər. Başa salmaq çox çətindir. Masa arxasında əsasən düzgün versiyalar söylənirdi. Ən sadə suala belə onlar geniş cavab verirdilər. Komanda cavabları ilə hamını heyrətləndirirdi. Şəxsən mən özüm Maksim Potaşevin komandasına azərkeşlik edirdim. İstəyirdim ki, o, qalib gəlsin və finalda ikimiz görüşək.

- Mən bilirəm ki, sən yaxşı futbol oynayırsan və futbol azərkeşisən. Ancaq xokkeylə, görünür, problemin var...

- Mən 1978-ci ildə anadan olmuşam. Real xokkeydən danışmağım çox çətindir.

- Sizin oyununuzu klubda necə qiymətləndirdilər?

- Təbrik etdilər. Bizdə əsəbilik demək olar ki, hiss olunmurdu. Ümumiyyətlə, sizə bir söz deyim ki, mən bu komanda ilə kəşfiyyata da gedərdim.

- Moskvada verilən suallar çətinliyinə görə Bakıda verilən suallara bənzəyirdimi?

- Bəli. Çətinliyinə görə demək olar ki, eynidir. Bizim redaktorlar da rusiyalılardan çox şey öyrənirlər. Hətta onlar deyir ki, biz artıq onların səviyyəsinə gəlib çatırıq.

- Səncə, oyunda oyunçu olmaq çətindir, yoxsa aparıcı? Deyəsən, bu sualı oyunda Boris Kryuk soruşmuşdu...

- Aparıcı .Onda da indiki kimi cavab vermişdim. O biri tərəfdən də, aparıcı özü də oyunçudur, sadəcə kadr arxasında olur.

- Siz öz komandanızla çox məşqlər edirdiniz?

- Demək olar ki, 10 dəfə. Sonuncu dəfə oyuna bir gün qalmış cümə günü məşqlər etdik. Biz hətta apreldə Kalilinnqrad şəhərinin qubernator Kubokunda oynayırdıq. Sadəcə oynamırdıq, qələbəyə tam əmin idik.

- Sizin komanda qalib gələrsə, Bakıda oyununz mümkündür?

- Bəli, bu haqda düşünürəm. Ancaq komandada başqa kapitan olmalıdır. Bakıda axı mən aparıcıyam. İş işdir.

- Finala hansı proqnozları verə bilərsiniz...

- Proqnozlar... Bizdən asılı olan hər şeyi edəcəyik ki, məğlub olmayaq. Məğlubiyyət barədə heç düşünmürük. Ümidvaram ki, tamaşaçıları öz uğurumuzla sevindirəcəyik.

Xəbər lenti

Xəbər lenti