...

Mədəniyyət və turizm naziri: "Hamı öz əsərlərini nümayiş etdirəcək"

Cəmiyyət Materials 13 İyun 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Dövlət bəstəkarlıq məktəbinin səviyyəsi son zamanlar hər kəsi düşündürür. "TrendLife" bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin fikrini öyrənmək istədi. Nazir bununla bağlı bildirdi: "Bunu ancaq əsərlər göstərəcək. Elə əsərlər var ki, biz onları eşitmişik və həmin əsərlər lazimi səviyyədədir. Elə əsərlər var ki, biz onları eşitməmişik. Məhz buna görə də ancaq çıxışlardan sonra nəsə demək olar. Bundan sonra mən inanıram ki, qurultayla bağlı keçirilən bütün tədbirlər böyük maraqla qarşılanacaq".

Xəbər lenti

Xəbər lenti