...

Musiqi festivalı fasilə elan edir

Cəmiyyət Materials 14 İyun 2007 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /müx.TrendLife Eldar Hüseynzadə/İyunun 20-21- də Azərbaycan Mədəniyyət və turizm nazirliyi Qusarda birinci musiqi festivalı çərçivəsində konsert keçirəcək. Nazirliyin musiqi şöbəsinin rəhbəri Fərəh Əliyevanın TrendLife-a verdiyi məlumata görə, tədbir Qusar Dövlət Dram Teatrının səhnəsində keçiriləcək. İyunun 20-də həmin səhnədə Azərbaycan Dövlət mill instrumental ansamblı, 21-də isə Musiqili Komediya teatrı "Kələkbazar" tamaşası ilə iştirak edəcəklər. Tamaşanın primyerası bu il olub. Onu da qeyd edək ki, yəqin, bu tədbir festival çərçivəsində keçirilən sonuncu çıxışdır. Növbəti tədbir sentyabr ayının əvvəlində olacaq.

Xəbər lenti

Xəbər lenti