...

Sidney olimpiadasının çempionu Dünya kubokunda lisenziya qazana bilməyib

Cəmiyyət Materials 14 İyun 2007 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Sidney Olimpiyadasının çempionu Zemfira Meftəhəddinova Lonatoda başa çatan Dünya kubokunda Pekinə lisenziya qazana bilməyib.

Trend xəbər verir ki, ilk raundun yekunlarına görə, stend atıcılığı üzrə usta on ikinci yeri tutaraq yarışın finalına çıxa bilməyib. Amma idmançının 2008-ci il oyunlarında iştirak etmək üçün növbəti turnirlərdə lisenziya qazanmaq şansı var. Üstəlik İtaliyadakı yarışın onun üçün mövsümdə ilk olacaq. Ilin əvvəlində onun ikinci dəfə ana olduğunu nəzərə alsaq, Z.Meftəhəddinova hələ ki, optimal atıcılıq formasını toplaya bilməyib.

Hazırda Zemfiraya növbəti yarışlarda uğurla çıxış etmək qalır.

Xəbər lenti

Xəbər lenti