...

Aygün: Yalançı, satqın adamları sevmirəm…

Cəmiyyət Materials 18 İyun 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /müx.TrendLife Vüqar Vüqarlı/O, öz yerini bilən sənətçidir. Bütün konsert zalını ələ ala bilir. İndi isə çalışır ki, stadionu ələ alsın. O, həmişə qalmaqallar və mübahisələr mərkəzindədir. Buna baxmayaraq, onun yaxşı müğənni olduğunu da inkar etmək olmaz. Adətən salamlı-kalamlı, arada isə əsəbi olur. Ən əsası isə hələ də şou-biznesdə adı çəkilən müğənnilərdən biridir.

- İllər geçdikcə insanların həm daxili, həm də xarici aləmi dəyişir. İllər keçməyinə baxmayaraq, sizdə nə dəyişilməz qalır?

- Daxili aləmimdə insaniyyətliyim, sadəliyim, insanlara münasibətim dəyişlməz olaraq qalır. Özümü tanıyandan mən beləyəm. Xarici aləmimə gəldikdə isə dəyişilməyi sevirəm. Bu gün mən sarışınam, sabah qarabuğdayı ola bilərəm. Mənim daxilii aləmim isə dəyişmir.

- Sizin dəyişilməz atributunuz güzgü kimi. Bəyəm indi o başqa rəngdədir?

- Bu, lap əlcək kimidir (gülür). Mən güzgüləri dəyişirəm, onları özümlə gəzdirmək vərdişimi tərgitmirəm.

- Deyilənlərə görə, güzgüyə çox baxmaq olmaz. İnsanın gözəlliyini alır. Siz əlamətlərə də inanmırsınız?

- Mən yalnızAllah-Təala tərəfindən verilən əlamətlərə inanıram. Məsələn, heyvanları çox sevsəm də, evdə saxlamıram. Deyirlər evdə it, pişik olanda həmin evə mələklər heç vaxt gəlmir. Güzgüyə gəldikdə isə...Məndə belədir, nə qədər çox güzgüyə baxıram, o qədər də gözəl görünürəm. Ümumiyyətlə, mən özümün bu gün daha çox xoşuma gəlirəm. Mən əlamətlərə inanmıram (gülür).

- Bəs linzalar sizlikdir? Sizin belə qəşəng gözləriniz var, linza nəyinizə lazımdır? Qəlbinizi gizlətmək üçün?

- Nəyə görə mən qəlbimi gizlətməliyəm. Məni onsuz da tanıyan tanıyır. Əgər sizə elə gəlirsə ki, mən çox pis adamam, hər kəsdən çirkin qəlbimi gizlədirəm, qoy elə olsun.

- Mən fikir verirəm, siz gözləməyi sevmirsiniz? Başqa nəyi sevmirsiniz?

- Mən çox şeyi sevmirəm. Məni aldadan, satqın adamları sevmirəm. Sevmədiyim şeylər sevdiyimdən daha çoxdur.

- Düşünürəm ki, antireklamın özü güclü reklam hesab olunur. Söhbət sizin keçmiş prodüsserinizdən gedir. Siz hər yerdə onu pisləyirsiniz. Axı onunla əməkdaşlıq etməyi siz özünüz təklif etmişdiniz.

- (sözümü kəsir) Mən onu işə dəvət etməmişəm. Özü mənə yalvarıb ki, onu işə götürüm. O, özünü prodüsser adlandırır, əslində başqa yerini düşünür. Məni jurnalistlərlə danışmağa da qoymurdu, hələ mən onun maliyyə fırıldaqlarını demirəm.

- Bəlkə deyəsiniz?

- Nə deyim? O, mənim sponsorlarıma, tərəf-müqabilimə atmaq istəyirdi. Konserti keçirək, sonra onun işinə baxarıq. Görək onda sudan necə quru çıxacaq?

- Yeri gəlmişkən, konsert haqqında danışaq. Siz konsertinizdə maşın uduşunun olmasını deyəndə bəziləri dedilər ki, bunu əhalini stadiona yığmaq üçün etimisiniz. Siz özünüzə əmin deyilsiniz?

- Birincisi, mən özümə əmin olmasam, Tofiq Bəhramov adına stadionda konsert verməzdim. İkincisi isə, bu deyilənlər həmişəki kimi fərziyələrdir. O ki, qaldı maşın uduşuna, bu, konsertin sponsorunun reklam kompaniyasıdır. Mən onlara kompaniyanın keçirlməsinə mane ola bilmərəm.

- Mən sizə konsertin keçirilməsində uğurlar arzulayıram!

- Çox sağ olun.

Xəbər lenti

Xəbər lenti