Azərbaycan, Bakı, 21 iyun /müx.TrendLife Vüqar Vüqarlı/Aygün Kazımovanın yeni rəfiqəsi olan Xumar Qədimova onun konsertindən razı qalıb. "Hərçənd ki, mən konsertdə çox az oturdum, lakin onun ifası mənim çox xoşuma gəldi. O ki, qaldı Aygünün gecikməyinə, onu belə də şişirtmək lazım deyil. Hər şey olur" - deyə Xumar Qədimova TrendLife-a bildirib.