...

Bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi: "Azərbaycan Avro-2007-də medala ümid edə bilər"

Cəmiyyət Materials 29 İyun 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Yarışlar ərəfəsində Rusiya yığmasının baş məşqçisi İrina Viner bəyan edib ki, Azərbaycan yığması həqiqətən də Avropa çempionatının yığma birinciliyində mükafat alacaq üçlüyün tərkibində yerə iddia edir.

"sportcom.ru-nun" verdiyi məlumata görə, məşqçi bildirib ki, Azərbaycanın bədii gimnastika sahəsində müşahidə olunan inkişafı Milli Federasiyanın prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır.

"Yalnız Azərbaycanda, məşhur alimlər ailəsində anadan olmuş və böyümüş bir xanım idmançılar qrupunu dünyanın ən yaxşı məşqçilərinin çalışdığı Rusiyaya məşqlər keçməyə gəndərməyi vacib hesab edə bilərdi. Avropa çempionatının hazırkı iştirakçıları Aliyə Qurbanova, Dinara Gimotova, Anna Qurbanova ilə birgə işimizin nəticəsi ümid edirəm ki, onların əldə edəcəyi medallar olacaq. Mən belə hesab edirəm ki, onların yığma birinciliyində medal qazanması daha real görünür" - deyə Viner qeyd edib.

Xəbər lenti

Xəbər lenti