...

Bərdədə 12 rayonun əhalisinə xidmət edəcək Diaqnostika Mərkəzi tikilir

Cəmiyyət Materials 30 İyun 2007 14:15 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ "Regionların sosial-iqtisadi inkişafı" üzrə Dövlət Proqramı çərçivəsində Bərdə rayonunda 12 rayonun əhalisinə xidmət edəcək Diaqnostika Mərkəzi tikilir. Bərdə Rayon İcra Hakimiyyətinin ümumi şöbə müdiri İsa Hacıyevin şənbə günü verdiyi məlumata görə, 88 çarpayılı səhiyyə ocağının tikintisi bu ilin sonunda başa çatacaq. Dörd mərtəbəli binanın inşasında 130-a yaxın işçi çalışır. Artıq binanın sonuncu mərtəbəsində tamamlama işləri aparılır. Regionda analoqu olmayan səhiyyə ocağı müasir tibbi avadanlıqlari ilə digərlərindən fərqlənəcək.

Bərdə paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti