...

Vakant dövlət qulluğu vəzifəsinə keçirilmiş imtahanda uğur qazanmış namizədlərlə müsahibə başlanıb

Cəmiyyət Materials 3 İyul 2007 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ 15 dövlət orqanındakı 200 vakant dövlət qulluğu vəzifəsinə keçirilmiş imtahanda uğur qazanmış namizədlərlə müsahibə başlanıb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend ə verilən məlumata görə, iyulun 3-də başlayan müsahibədə ilk olaraq İqtisadi İnkişaf Nazirliyinin və Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəki vakant yerlərə sənəd vermiş namizədlərlə söhbət aparılacaq. İyulun 6-də adıçəkilən qurumlarla bərabər, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Dövlət Statistika Komitəsində və Gənclər və İdman Nazirliyindəki vakant yerlərə sənəd vermiş namizədlərlə müsahibə aparılacaq.

İyunun 23-də keçirilmiş imtahanda iştirak etmiş 761 namizəddən 96 nəfər ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Nəqliyyat Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindəki vakant vəzifələrə sənəd vermiş namizədlərin heç biri tələb olunan balı toplaya bilməyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasındakı 1 vakant yerə 3, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəki 18 vakant yerə 9, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə 15 vakant yerə 2, Dövlət Sosial Müdafiə Fondundakı 18 vakant yerə 2, Dövlət Statistika Komitəsindəki 6 vakant 2, Gənclər və İdman Nazirliyindəki 9 vakant yerə 1, Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki 26 vakant 10, Sənaye və Energetika Nazirliyindəki 5 vakant yerə 2, İqtisadi İnkişaf Nazirliyindəki 35 vakant yerə 36, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyindəki 38 vakant 5, Maliyyə Nazirliyindəki 13 vakant yerə 15, Səhiyyə Nazirliyindəki 3 vakant yerə 9 nəfər müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıblar.

Xəbər lenti

Xəbər lenti