...

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev: "Ermənistanın mədəniyyət naziri mənim xahişimi qəbul etdi"

Cəmiyyət Materials 7 İyul 2007 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyul /müx.TrendLife Eldar Hüseynzadə/Ermənistan və Azərbaycan ziyalılarının görüşündən sonra belə bir söhbət araya gəlib ki, bu görüşlərin davamı olacaq. TrendLife-a mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Ermənistanın mədəniyyət naziri ilə bu haqda danışdığını dedi: "Biz Ermənistanın mədəniyyət naziri ilə MDB ölkələrinin keçirdiyi mədəniyyət xətti ilə ümumi tədbirlərdə görüşürük. Müzakirələr aparırıq, daha çətin mövzular haqdə söhbət edirik. Sonuncu görüşmüzdə mən ona bizim mahnıların müəllif hüquqlarının qorunmasını xahiş etmişdim. O, mənim xahişimi qəbul etmişdi. Hələlik bununla bizim görüşümüz kifayətlənib".

Xəbər lenti

Xəbər lenti